• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mütəxəssislər Ramazanovu Quqeşaşvilidən üstün sayır

Manşet / Konfrans Liqası

16-02-2023, 19:0

Qış fasiləsindən sonra keçirilən 4 oyunun üçündə "Qarabağ"ın qapısını gənc Amin Ramazanov qoruyub.

20 yaşlı qolkiper bu görüşlərdə 3 qol buraxıb. Qarşıda isə ağdamlıları "Gent"lə iki ağır matç gözləyir. Görəsən, Qurban Qurbanov həmin oyunlarda da “çərçivə”ni Aminə etibar edəcək? Ümumiyyətlə, tatar kökənli qapıçı qitəmiqyaslı yarışa hazırdı? Bu sualları aydınlaşdırmaq üçün veteran qapıçıların fikrini öyrəndik.

Hüseyn Məhəmmədov:

"Azarkeşlərin çoxu Amin Ramazanova əcnəbi qapıçı kimi baxır, ona bir qədər güvənsizlik var. Bunun da səbəbi odu ki, daim qapı xəttində Şahruddin Məhəmmədəliyevi görməyə öyrəşiblər. Amma məsələyə peşəkar yöndən yanaşsaq, əvəzolunmaz futbolçu yoxdu. Bu eynilə qapıçılara da aiddi. Biz yalnız kənardan nələrisə görüb fikir bildirə bilərik. Hər şeyi daha dəqiq Qurban Qurbanov bilir. O, təlim-məşq toplanışındakı qarşılaşmalarda və çempionatın 3 oyununda Aminə şans verirsə, deməli, gənc qolkiperin bacarığına bələddi. Ramazanovun qapıçıya xas fiziki göstəriciləri var. İki ildən çoxdu "Qarabağ"dadı. Hətta U-21 millimizə də çağrılıb. Bu gün Ağdam təmsilçisinin start heyətində yer alması futbolumuzun inkişafına təkandı. Potensialı olan bütün gənclərə güvənilməli, şans verilməlidi. Necə ki, Musa Qurbanlıya şans verildi və o özünü yaxşı tərəfdən göstərərək hazırda çempionatımızın bombardiridi. Həmçinin Amin başda olmaq digər oyunçulara da şans tanımaq lazımdı. Dünya futbolunda o qədər gənc qolkiper olub ki, çempionatnda çox da şans qazanmayıb, birbaşa qitəmiqyaslı turnirlərdə oynamaqla ulduza çevrilib. Belə çox nümunə çəkmək olar. Futbolumuzda da belələri olub. Vaxtilə Sumqayıt "Gənclərbirliyi"ndə heç kimin tanımadığı Fərhad Vəliyev vardı. "İnter"ə keçəndən sonra parladı, sonra milli komandaya cəlb olundu və bir müddət "1 nömrə" oldu. Hazırda "Sabah"da Yusif İmanov, gənc olmasına rəğmən, komandasının əsas qapıçısıdı. Amin Ramazanovun da onlar kimi inkişaf edəcəyinə inanmalıyıq. Düzdü, keçirdiyi hər oyunda qapısından qollar buraxıb. Bu da onun təcrübəsizliyi ilə bağlıdı. Amma əminəm ki, zamanla daha yaxşı forma yığmaqla seyvləri ilə hamımızı sevindirəcək. "Gent"lə oyunda da qapıda görsək, təəccüblənməməli və ona inanmalı, dəstək olmalıyıq. Fikrimcə, Belçika təmsilçisiylə matçda özünü yaxşı tərəfdən göstərməklə qələbədə pay sahiblərindən biri olacaq".


Xəyal Zeynalov:
"Qapı xəttində kimin yer almasını ən yaxşı Qurban müəllim bilir. Mənim fikrimə gəlincə, Luka Quqeşaşvili qapıçı kimi uğursuz transferdi. Nəinki Şahruddini, heç Amini də əvəz edə bilmədi. Gürcü qapıçı bu mövsüm "Qarabağ"ın heyətində çox oynasa da, onun çıxışı fiaskodan başqa bir şey deyil. Onun etdiyi səhvləri heç 10 yaşlı qapıçı etməz. Amin Ramazanova gəlincə, fiziki göstəriciləri, görünüşü qapıçı üçün əlverişlidi. Amma bu gün ondan çox şey gözləmək düzgün deyil. Gənc qolkiper praktika azlığı üzündən oyunlarda texniki səhvlərə yol verir. Düşünürəm ki, o hələ son çempionun qapı xəttində yer almağa layiq deyil. Amma perspektivli qapıçıdı. Mövsümün əvvəlində oyun praktikası qazanmaq üçün hansısa kluba icarəyə verilsəydi, daha yaxşı olardı. Amma Quqeşaşviliylə müqayisədə Aminə şans verilməsinin tərəfdarıyam. Legioner kobud səhvlərlə yadda qalırsa, yerli gənc qapıçını oynadıb həm komandaya, həm də ölkə futboluna qazandırmaq daha yaxşıdı. Amin hazırda gürcüdən daha hazırlıqlıdı. Amma yenə də ona bütün oyunlarda şans vermək riskdi. İndiki halda başqa çıxış yolu yoxdu. Şahruddin sıradan çıxdı, yeni qapıçı transfer olunmadı, Quqeşaşvili etimadı doğrultmadı. Ona görə də yeganə ümid hazırda gənc qolkiperədi. Yayda "Qarabağ" mütləq güclü qapıçı transfer etməlidi. Əminəm ki, Qurban müəllim bunu hamıdan yaxşı anlayır və klubun seleksiyaçıları axtarışdadı".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

20-01-2023, 13:0

"Quqeşaşvilinin yerinə gənc Amin Ramazanova şans verilsə, daha yaxşı olardı"

Konfrans Liqası

16-02-2023, 15:0

“Qarabağ”ı “Gent”lə oyunda gözləyən təhlükə - AÇIQLAMA

Aktual

20-01-2023, 14:0

Xəyal Zeynalov: “Şahruddini həddən artıq şişirdərək şəxsiyyətinə pərəstiş yaratmışıq”

Premyer-liqa / Manşet

19-01-2023, 23:0

“Qarabağ” yerli qapıçı axtarmır

Premyer-liqa

11-02-2023, 19:0

"Həmin epizoda yenidən baxmaq lazımdır" - Qurban Qurbanov

Konfrans Liqası

16-02-2023, 17:0

Yunis Hüseynov əksəriyyətin əleyhinə çıxdı - AÇIQLAMA

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə