• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Xəyal Zeynalov: “Şahruddini həddən artıq şişirdərək şəxsiyyətinə pərəstiş yaratmışıq”

Aktual

20-01-2023, 14:0

"Qarabağ"ın və yığmamızın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev yanvarın 16-da məşq zamanı biləyini sındırıb.

Football-plus.az xəbər verir ki, əməliyyat olunacaq qolkiperin nə vaxt sıraya dönəcəyi də dəqiq deyil. Qarşıdan premyer-liqanın 2-ci yarısı, Konfrans Liqasında "Gent"lə oyunlar və millinin toplanışının olduğunu nəzərə alsaq, qapıçının yoxluğu həm Ağdam təmsilçisi, həm də ölkənin əsas komandası üçün ciddi itkidi. Belə olan halda Şahruddini kim əvəzləyə bilər? Bunu aydınlaşdırmaq üçün təcrübəli veteran qapıçı Xəyal Zeynalovun fikrini öyrəndik:

"Bu gün üçün Şahruddin Məhəmmədəliyev Azərbaycanda "1 nömrə" sayılır. Mən onun əziyyətinə, çıxışına və məharətinə kölgə salmaq istəmirəm. Dağıstanlı yaxşı qapıçıdı. Amma onu həddən artıq şişirdərək şəxsiyyətinə pərəstiş yaratmışıq. Şahruddinin ölkə futbolunda üstün qapıçı sayılması "Qarabağ" kimi adlı-sanlı komandada oynaması və Ağdam təmsilçisinin qitəmiqyaslı yarışlarda uğur qazanması ilə birbaşa bağlıdı. Eləcə də iddialı klublarımız, adətən, gənc qolkiperdən çox təcrübəli qapıçıya şans verir. Bu başadüşüləndi, amma gənclərə də şans verilməlidi. Digər ən böyük problemimiz legionerlərə hədsiz marağımız və şans verməyimizdi. Bizdə belə psixologiya var ki, əcnəbi qolkiperə şans versəm, qapı xətti daha etibarlı olar. Ona görə də hələ legioner və “milliləşdirilən” qapıçılara üstünlük verilir. Mən bu düşüncə ilə razı deyiləm. Azərbaycan futbolunda heç vaxt qapıçı problemi olmayıb. Ölkəmizdə Dmitri Kramarenko, Cahangir Həsənzadə, Hüseyn Məhəmmədov, Elxan Həsənov, Fərhad Vəliyev, Kamran Ağayev və adını çəkmədiyim onlarla güclü qapıçı yetişib. Onlar ölkəmizə gəlib-getmiş əksər legioner qapıçılardan üstün olublar. Kifayət qədər gənc, perpektivli qapıçılar var. Mən zaman-zaman bölgələrdə də oluram. Qərb bölgəsində bacarıqlı uşaqlar çoxdu. Sadəcə, onları üzə çıxarmaq, yetişdirmək lazımdı. Bu mövsüm elita komandalarının sayı çoxaldı ki, bununla qapıçılarımızın daha çox oynamaq şansı da artdı. Düşünürəm ki, həm premyer-liqada klubların sayı artırılmalı, həm də 1-ci divizionun səviyyəsi yüksəlməlidi ki, qapıçılar daha çox şans qazansın. Baxın, bu mövsümdən elitaya qayıdan "Kəpəz"lə "Turan Tovuz"un qapısını yerli uşaqlar qoruyur. İstər Tərlan Əhmədli, istərsə də Orxan Sadıqlı öz üzərində işləməklə yaxşı çıxış edir. Təcrübəli Kamal Bayramov, yaşının çoxluğuna rəğmən, penalti dəf edir. Rəşad Əzizli bəlkə də karyerasının yüksəlişini yaşayır. Bütün bunlar onun nəticəsidi ki, şans qazanırlar. Mənə çatmır, Orxan Sadıqlının yaxşı formada olmasına, seyvlər edərək komandasını qollardan xilas etməsinə rəğmən, klub niyə gedib xorvat qapıçı alır? Məgər o yerli qapıçını üstələyəcək? Ümumiyyətlə, böyük iddiası olmayan, avrokuboklara vəsiqə uğrunda mübarizə aparmayan komandalar niyə əcnəbi qapıçılara şans verməlidi? Uzun sözün qısası, Azərbaycanda yetərincə gənc, təcrübəli qapıçılar var. Sadəcə, şans verilmir. Klubları onlara şans verməyə çağırıram".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

20-01-2023, 13:0

"Quqeşaşvilinin yerinə gənc Amin Ramazanova şans verilsə, daha yaxşı olardı"

Ölkə futbolu / Manşet

31-10-2022, 12:0

Xəyal Zeynalov: “Viktoriya” ilə oyundakı kobud səhvi heç bir baş məşqçi bağışlamazdı”

Premyer-liqa

13-05-2022, 11:0

Şahruddin üçün əlamətdar tur

Manşet / Çempionlar Liqası

26-08-2022, 21:0

Şahruddini bağışlamalı, yoxsa qovmalı? - REAKSİYALAR

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə