Mediada Ağdam təmsilçisinin Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra yerli qolkiper axtardığı ilə bağlı xəbərlər yayılıb.
“Köhlən atlar”ın “Səbail”dən Emil Balayevi və ya “Qəbələ”dən Səlahət Ağayevi icarəyə götürəcəyi iddia olunur. Redaksiyamıza bununla bağlı məlumat daxil olub. Belə ki, Ağdam təmsilçisi hansısa klubla bu yöndə danışıq aparmır. Qurban Qurbanov gənc qolkiper Amin Ramazanovla gürcü Luka Quqeşaşviliyə güvənəcək. Şahruddin sağalandan sonra yenidən komandanın əsas “əlcək sahibi” olacaq.
İLKİN SULTANLI