Birinci divizonun 2-ci yarısına hazırlığı davam etdirən "İmişli" heyətinə daha 2 futbolçu cəlb edib. Söhbət Tolqar Yaqubovla Tərlan Veysəllidən gedir.
"Football-plus.az" olaraq yeni transferlərlə bağlı "İmişli"nin baş məşqçisi Ruhid Usubovun fikrini öyrəndik:
"Hazırlığı davam etdiririk. Heyəti də gücləndiririk. Bacardıqca öz rayonumuzdan olan və başqa klublarda çıxış edən futbolçuları sıralarımıza qatmaqda maraqlıyıq. Öncə Nəbi Məmmədov, sonra isə "Qəbələ"nin əvəzedicilərində çıxış edən Tolqar Yaqubovla anlaşdıq. Tərlan Veysəllini də sıralarımıza qatdıq. Fevralın 7-nə kimi "transfer pəncərəsi" açıq olacaq. İmkan daxilində 1-2 oyunçu da almaq istəyirik. Alınmasa, bu heyətlə kifayətlənəcəyik".
ABDULLA İSMAYILOĞLU