Dünən 1-ci divizionda növbəti tura yekun vuruldu.
Diqqəti çəkən məqamlardan biri "İmişli"nin mövsümdə 2-ci qələbəsini qazanması oldu. "Football-plus.az" saytı olaraq bu münasibətlə komandanın baş məşqçisi Ruhid Usubovun fikrini öyrəndik:
"Kasad heyətə və maliyyə probleminə baxmayaraq, hər oyunda daha yaxşı çıxış edib, qələbə qazanmağa çalışırıq. "Şamaxı-2"ni yaxşı təhlil etmişdik. İstər start heyətində, istərsə də sonradan meydana çıxan futbolçular meydanda can qoydu, döyüşdü ki, nəticədə 3 xal qazandıq. Üzücü məqam odu ki, Ülvi İbadzadə ikinci sarı vərəqə almaqla meydandan qovuldu. Hakimin qərarı doğrur idi, oyunçumuz kobudluğa yol vermişdi. Buna görə Ülvinin üzərinə çox getmədik. Çünki o da hamı kimi meydanda çox istəkliydi və komandaya qələbə qazandırmağa çalışırdı".
ABDULLA İSMAYILOĞLU