Mingəçevirdə “nə şiş yandı, nə də kabab” - AÇIQLAMA

26.01.2023 13:44 452
I liqa
"İmişli" təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununu keçirib. Rəqib "Mingəçevir" olub.

Qarşılaşma 1:1 hesabıyla yekunlaşıb.

"Football-plus.az" saytı olaraq "İmişli"nin baş məşqçisi Ruhid Usubovun fikrini öyrəndik. Onun söylədikləri belə oldu:

"İkinci yoxlama matçını da səfərdə keçirdik. Mübarizəli qarşılaşma izlədik. Yetirmələrim “1-ci nömrə” oynamaqla özlərini yaxşı tərəfdən göstərdilər. Fərqlənmək üçün çoxlu fürsətlər yaxaladıq. Hətta 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilmədik. Elariz Xəlilli yeganə qolumuzun müəllifi oldu".


ABDULLA İSMAYILOĞLU