Premyer-liqa klubunun xanımlardan ibarət fanklubu yaradılıb - AÇIQLAMA

28.01.2023 22:57 392
Premyer-liqa / Manşet
Premyer-liqanin 19-cu turunda *Şamaxı " doğma meydanda "Səbail"i 2:1 hesabı ilə məğlub etdi.

"Dənizçilər" fanklubu ilə yanaşı, bir neçə xanım azarkeş də qonaqlara dəstək olmaq üçün Şamaxıya gəlmişdi. Maraqlıdı, "Səbail"in qadınlardan ibarət fanklubu var? Bu azarkeşlər komandanın hər matçında dəstək olurlar? Bu suallara aydınlıq gətirmək üçün "Dənizçilər" azarkeş qrupunun rəhbəri Atif Rüstəmli ilə əlaqə saxladıq. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu:

"Nəzərinizə çatdırmaq istərdim ki, "Səbail"ə könül verən xanım azarkeşlər həmişə olub. Çox güman, fikir verməmisiz. Əvvəllər az olsalar da, gündən-günə saylarının artdığı da göz qabağındadı. "Sailor girl's", yəni "Dənizçi qızlar" adıyla tribunamıza rəng qatan xanımlar heç vaxt dəstəklərini əsirgəməyiblər. Mən də öz növbəmdə onların qrup şəklində ev və səfər oyunlarında komandamıza dəstək olmaları üçün əlimdən gələni əsirgəmirəm".


ŞAİR ABDULLA