Premyer-liqanın 7-ci turunun "Səbail" - "Neftçi" qarşılaşmasında meydan sahibləri Ermənistan silahlı qüvvələrinin sərhəddəki təxribatı nəticəsində həlak olan hərbçilərimizin xatirəsinə və dövlət sərhədlərinin qorunmasına jest olaraq stadiona təşrif buyuran azarkeşləri dövlət bayrağı ilə təmin etdi.
Azarkeşlərə nə qədər bayraq paylanıldı, bunun üçün nə qədər xərc çəkilib, bayraqlar azarkeşlərin özündə qaldımı? Bu suallara aydınlıq gətirmək üçün”Football-plus.az” saytı olaraq "Səbail"in mətbuat katibi Sənəm Fərhadlını aradıq:
"Oyundan əvvəl 500 azarkeş dövlət bayrağıyla təmin olundu. Hər biri də onlarda qaldı. Buna nə qədər pul xərcləndiyini açıqlamayacam, çünki kommersiya sirridi. Oyundan əvvəl bizim "Dənizçilər" fanklubu ilə "Forza Neftçi" arasında görüş baş tutdu. Hər iki tərəf təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı yad etmək, şüarlar səsləndirməklə bağlı razılığa gəldi. Onu da xüsusi vurğulayım ki, məhz bu səbəbdən matçboyu hər iki fanklub komandalara dəstək şüarı səsləndirilmədi. Bunun üçün "Neftçi"yə və azarkeşlərinə dərin minnətdarlığımızı bildiririk".