Və belə məlum oldu ki, Gəncə klubunun daha bir azarkeş qrupu fəaliyyətə başlayır. Maraqlıdı, Elmar Əliyevin sabiq fanklubu yenidən bərpa olunur, yoxsa bu başqa fanklub olacaq? Yeni fanklubun rəhbəri kim olacaq, üzvlərinin sayı nə qədərdi?
Bu suallara aydınlıq gətirmək üçün Elmar Əliyevə müraciət etdik. Hazırda “Kəpəz”in təhlükəsizlik xidmətinin rəisi olan həmsöhbətimiz bunları söylədi:
“Əvvəllər rəhbəri olduğum “Kəpəz” müstəqil fanklubu xeyli müddət idi fəaliyyət göstərmirdi. Bu yaxınlarda isə komandamızın azarkeşlərindən biri mənə yaxınlaşdı ki, o azarkeş qrupunu bərpa etmək istəyirəm. Mən də gördüm ki, kütləsi var, komandaya dəstək olmaq istəyir, böyük məmnuniyyətlə razılıq verdim. “Kəpəz” fanklubunun hazıkı rəhbəri Namiq Abdullayev olacaq. Vaxtilə bizim qrupun üzvü olub. Yaxın günlərdə fanklubun idarə heyətinin iclası olacaq. Ondan sonra Namiq özü sizinlə əlaqə saxlayıb daha ətraflı məlumat verəcək. Hazırda isə, məndə olan məlumatlara görə, bu fanklubun daimi üzvlərini sayı 50 nəfərdi. İlkin olaraq fəaliyyətə belə başlayacaqlar. Lakin zamanla saylarının artacağı gözlənilir”.
ŞAİR ABDULLA


