"Sumqayıt" Rusiya klubuna qarşı - YENİLƏNİR

17.01.2023 11:10 247
Premyer-liqa
Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün sonuncu yoxlama oyununa çıxacaq.

Football-plus.az xəbər verir ki, Antalya hazırlığı çərçivəsində baş tutacaq görüşdə rəqib "Krılya Sovetov" olacaq.

“Titanic Mardan" hotelinin idman kompleksində baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 15.30-da start veriləcək.

Xatırladaq ki, “Sumqayıt” Türkiyədəki ilk yoxlama oyununda Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.

Yoxlama görüşü
15.30 Sumqayıt - Krılya Sovetov