"Sumqayıt" Antalya toplanışında son yoxlama oyununu Rusiya Premyer Liqası təmsilçisi "Krılya Sovetov" komandasına qarşı keçirəcək.
Football-plus.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, "Titanic Mardan" hotelinin idman kompleksində baş tutacaq qarşılaşma yanvarın 17-də yerli vaxtla saat 14.30-da start götürəcək.
Xatırladaq ki, “Sumqayıt” daha öncə Antalyada Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.