"Sumqayıt"ın Antalyada sonuncu məşqi

16.01.2023 15:59 270
Premyer-liqa
“Sumqayıt” bu gün Antalya toplanışında sonuncu məşqini keçirib.

Football-plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Samir Abasovun yetirmələri sabah qonşu ölkədə ikinci yoxlama oyunu çərçivəsində Rusiyanın “Krılya Sovetov”la üz-üzə gələcək.

Komanda yanvarın 18-də vətənə qayıdacaq.