"Sumqayıt" sabah ilk yoxlama oyununu keçirəcək.
Football-plus.az xəbər verir ki, "kimyaçılar" Serbiyanın "Radnik" klubu ilə qarşılaşacaq.
Yanvarın 5-dən etibarən hazırlıqlarını Türkiyənin Antalyada keçirən “Sumqayıt” hazırlıq planında dəyişiklik olub. Komanda ilk yoxlama oyununu Macarıstan təmsilçisi “Mezököveşt” ilə deyil, Serbiyanın “Radnik” klubu ilə keçirəcək. Buna səbəb rəqibin oyunçularının çoxunun qripə yoluxması olub.
Qeyd edək ki, “Topkapı” hotelinin meydanında keçiriləcək qarşılaşma sabah Bakı vaxtı ilə saat 17.00-da start götürəcək.
RƏŞAD