“Sumqayıt” Antalya toplanışında son yoxlama oyununu Rusiya Premyer Liqası təmsilçisi “Krılya Sovetov”a qarşı keçirəcək.
Football-plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bldirilir ki, “Titanic Mardan” hotelinin idman kompleksində baş tutacaq qarşılaşma yanvarın 17-də yerli vaxtla saat 14.30-da start götürəcək.
“Sumqayıt” daha öncə Antalyada Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.
"Sumqayıt"ın Rusiya klubu ilə oyunun vaxtı bilindi
Premyer-liqa




