Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, “kimyaçılar” Türkiyənin “Bandırmaspor” komandası ilə qarşılaşacaq. 1-ci liqa təmsilçisi ilə oyun saat 17.00-da başlayacaq.
“Sumqayıt” Azərbaycanda keçirdiyi yoxlama oyunlarında “Sabah”a 2:1, “Səbail”ə 3:2 hesabı ilə qalib gəlib.