• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yunis Hüseynov “üsyançılar”ın prinsip apardığını güman edir

Premyer-liqa / Manşet

14-01-2023, 18:0

Tərlan Əhmədovla "Kəpəz"in təcrübəli futbolçuları arasında qarşıdurma davam edir.

Baş məşqçi Rauf Əliyev, Əfran İsmayılov və Elvin Yunuszadəni heyətdə görmək istəmədiyini klub rəhbərliyinin diqqətinə çatdırıb. Futbolçular isə müqavilə müddətinin sonuna kimi "Kəpəz"də qalacaqlarını açıqlayıb. Bu məsələ ilə bağlı futbol adamlarının fikrini öyrənməyi lazım bildik. Görəsən, onlar problemin həllini necə görürlər?

Yunis Hüseynov (mütəxəssis):

"Bu məsələni mətbuatdan daim izləyirəm. Onu qeyd edim ki, klub daxilində başverənlərin ictimailəşdirməsinin tərəfdarı deyiləm. Məsələ bu yerə qədər gəlib çıxmamalıydı. Rauf Əliyev, Əfran İsmayılov və Elvin Yunuszadəni komandaya Yaşar Vahabzadə cəlb etmişdi. Onun istefasından sonra Tərlan Əhmədov "Kəpəz"in “sükanı arxasına” keçdi. Tərlan müəllim futbola fərqli fəlsəfəylə yanaşan mütəxəssisdi. Vaxtilə onunla həm klublarda, həm də millidə birgə çıxış etmişik. Bir-birimizin xətir-hörmətini saxlayırıq. Gənc olarkən bizə qarşı da haqsızlıqlar olub. Amma sakit, mədəni şəkildə həll etmişik. Düşünürəm ki, təcrübəli futbolçuya qarşı sıradan biri kimi davranmaq, müraciət etmək düz deyil. Onlar çox həssas olur. Baş məşqçi, rəhbərlik hər bir futbolçu, o cümlədən təcrübəli oyunçular ilə son dərəcə mədəni, təmkinli, sakit tərzdə oturub söhbət etməli və xoşluqla yolları ayırmalıdı. Mətbuatda yazılanlara əsasən danışsaq, Tərlan müəllim bir az Raufa sərt müraciət edib. Futbolçu da bundan xoşlanmayıb və məsələ böyüyüb. Raufu yaxından tanıyan və oyunlarını izləyən biri kimi deyim ki, o bir az aqressiv futbolçudu. Buna rəğmən, bütün gücünü, canını qoyan oyunçudu. Görünür, Rauf və başqa futbolçular prinsipə düşüblər və komandadan getməyəcəklərini bildiriblər. Yaxşı olardı ki, başqa kluba keçib oynayaydılar. Amma bu olmadığı halda - futbolçunun müqaviləsinin müddəti mövsümün sonuna kimidisə, təzminat tələb edirsə, onu da vermirlərsə, öz xoşu ilə getmirsə - heç kim onu komandadan yola sala bilməz. Ən yaxşı halda gedib əvəzedicilərdə oynayıb formalarını saxlayacaqlar, ya da oynamayıb maaşlarını alacaqlar. Yaxşı olardı ki, heç yerə getməyəcəklərsə, əvəzedicilərdə çıxış edib formada qalsınlar və gələcəkdə başqa kluba keçsinlər. Amma kaş ki, belə hallar olmayaydı".


Tural Əsgərov (menecer):
"İstənilən halda, tərəflərin atdığı imzalara hörmət etmələri vacibdi. Məsələn, kluba məxsus hansısa futbolçuya başqa bir komandadan təklif gəlirsə və onu buraxmırlarsa, “elçi düşən” tərəfdən müqavilədə göstərilən təzminatın ödənilməsi istənilir. Bu hal baş vermədikdə oyunçu müqaviləyə əsasən komandada qalır. "Kəpəz"də isə fərqli durumdu. Baş məşqçiyə təcrübəli futbolçular lazım deyil, amma klubla mövsümün sonuna kimi müqavilələri var. Narazı futbolçulara da müqavilənin şərtləri sərf edir deyə, komandanı tərk etmək istəmirlər. Onlar hüquqi baxımdan da haqlıdılar. Bəlkə də onlara başqa klublardan daha yaxşı və ya "Kəpəz"dəki şərtlərlə təkliflər gəlsə, çoxdan getmişdilər. Bu da olmadığından hazırkı müqaviləni rəhbər tutaraq heç yerə getmirlər. Belə olan halda məsələnin yeganə həlli təmkinlə danışıqlar aparılması və ədalətli güzəştə gəlinməsidi. Dəqiq deyə bilmərəm narazı futbolçuların müqavilə şərtləri necədi, komandadan vaxtından əvvəl yola salınırsa, nə qədər təzminat veriməlidi? Amma sözləşmədə konkret məbləğ nəzərdə tutulmayıbsa və futbolçu vaxtından əvvəl yola salınırsa, onun bütün maaşını tələb etmək və ya klubu tərk etməmək haqqı var. Eynilə klubun da təzminatı ödəyərək futbolçunu yola salmaq və ya ödəməyərək onu komandada saxlamaq seçimi var".


Səbuhi Səfiyarlı (menecer):
"Müqavilədə futbolçunun vaxtından əvvəl yola salınmasına görə təzminat ödənilməsi göstərilibsə, həmin məbləğ verilmədən heç kim klubdan ayrılmaz. Baş məşqçi futbolçuları komandada görmək istəmirsə, oturub danışmaq lazımdı. İndiki halda onların bütün təzminatları ödənilməklə yola salınmalıdı".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

11-01-2023, 17:0

Əfran İsmayılov: “Böyük ehtimalla əvəzedici heyətdə oynayacam”

Aktual / Manşet

7-01-2023, 23:0

Tərlan Əhmədovla münaqişə yaşayan futbolçuların taleyi necə olacaq? - AÇIQLAMA

Ölkə futbolu / Manşet

8-09-2022, 16:0

Tərlan Əhmədovla Rauf Əliyev arasında baş verən münaqişənin ŞOK detalları

Premyer-liqa / Manşet

7-11-2022, 18:0

Tərlan Əhmədovu aşağılayan Rauf Əliyev «Kəpəz"dən qovulmalıdı? - AÇIQLAMA

Premyer-liqa / Manşet

27-09-2022, 14:0

“Kəpəz” rəhbərliyi Tərlan Əhmədov – Mehman Allahverdiyev qalmaqalına reaksiya verdi - AÇIQLAMA

Premyer-liqa / Manşet

20-09-2022, 21:0

Rauf Əliyev “Kəpəz”lə bağlı qərarını verdi - AÇIQLAMA

Aktual
“Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
“Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
Son xəbərlər
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
Daha çox
Oxunub: 220
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 138
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə