Ramilin komandası qələbə qazandı

12.10.2026 12:00 27
Dünya futbolu
Ramil Şeydayevin də formasını geydiyi "Soçi" Rusiya 1-ci liqasında 13-cü tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda "Ufa" ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

Ramil də bu oyunda iştirak edib. O, meydana 76-cı dəqiqədə çıxıb.

"Soçi" hazırda 26 xalla ikinci pillədədi.