Mourinyo nədən qorxub?

12.10.2026 11:33 54
Dünya futbolu
Joze Mourinyo La Liqanın “Vilyarreal”la oyunundan sonra mətbuat konfransında görünməyib.

"Football-plus.az" xəbər verir ki, onun çalışdırdığı “Real” rəqibini 1:0 hesabı ilə məğlub edib.

Madridlilərin hücumçusu Vinisius Junior qırmızı vərəqə alıb. Yerli mənbələrə görə, Mourinyo bu səbəbdən çox qəzəblənib və emosiyalarına hakim ola bilməyərək cəzalanmaq istəmədiyi üçün jurnalistlərin qarşısına çıxmayıb.

Qeyd edək ki, Vinisius rəqib komandanın yarımmüdafiəçisi Natan-Dilan Salibanın saçından tutduqdan sonra topu qapıya göndərib. VAR-a baxışdan sonra qol ləğv edilib, braziliyalı hücumçu isə matçın 73-cü dəqiqəsində meydandan qovulub.