Daha 8 il “zadəgan” olacaq

11.10.2026 23:56 36
Dünya futbolu
Koul Palmer klubundan aldığı yeni təklifi qəbul edib.

"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi “Çelsi” ilə müqavilənin müddətini 2034-cü ilə qədər uzadıb. 24 yaşlı futbolçunun əvvəlki müqaviləsi 2033-cü ilə qədər nəzərdə tutulmuşdu. “Mançester Siti”nin yetirməsi olan Palmer “Çelsi”yə 2023-cü ilin sentyabrında keçib. O, London klubunun heyətində bütün turnirlərdə 139 matçda meydana çıxıb, 58 qol vurub və 35 məhsuldar ötürmə edib.

Palmer bu mövsüm bütün turnirlərdə 8 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.