Lionel Messi ilə Luis Suares yaş amilinə baxmayaraq, yaşıl meydanlarda hələdə bərq vururlar.
"Football-plus.az" xəbər verir ki, veteran hücumçuların formasını daşıdıqları “İnter Mayami” MLS-in 28-ci turunda evdə “Di Si Yunayted”i 4:0 hesabı ilə məğlub edib. Meydan sahiblərinin heyətində Suares və Messi dubl müəllifi olublar.
“İnter Mayami” MLS-də 5 oyunluq qələbəsiz seriyasına son qoyub. Komanda əvvəlki 5 matçda 4 heç-heçə etmiş və 1 dəfə məğlub olmuşdu. “İnter Mayami” Şərq konfransında 49 xalla 2-ci, “Di Si Yunayted” 30 xalla 12-ci yeri tutur.
Veteran hücumçular rəqibi darmadağın etdilər
Dünya futbolu






