Atasından Bəhlul ilə bağlı çoxdan gözlənilən açıqlama - azarkeşlərə şad xəbər!

12.10.2026 11:02 180
Ölkə futbolu / Manşet
Bəhlul Mustafazadə cari ilin fevral ayrından zədədən əziyyət çəkir. Ötən ay əvvəllər əməliyyat olunan ayağından təkrar əməliyyat edilən "Qarabağ"ın müdafiəçisi haqda hələ yeni xəbər yoxdu. Klub tərəfindən onun təxminən 4 həftə sonra bərpa mərhələsinə başlayacağı bildirilirdi. Bununla belə, onu "köhlən atlar"ın dünən Misli premyer-liqasının 7-ci turunda "İmişli"yə qarşı matçının iştirak ərizəsində görmədik.

Bəs, Bəhlul hazırda hardadı? Səhhəti nə dərəcədə yaxşılaşıb? Yaşıl meydanlara qayıdacağı tarix müəyyənləşibmi?

Bu suallarla futbolçunun atası Ələmdar Mustafayevə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Bəhlul Bakıdadı. Müalicə prosesi davam edir. Özünü istər psixoloji, istərsə də fiziki baxımdan yaxşı hiss edir. Yaşıl meydanlara qayıtmağa can atır. Artıq fərdi məşqlərə başlayıb. Bir-iki həftə sonra komanda ilə birgə məşqlərə də qoşulacaq. Komanda yoldaşları ilə mütəmadi əlaqə saxlayır. Kəsəsi, hər şey yaxşıdı. Sadəcə, bir qədər vaxt lazımdı".

Xatırladaq ki, Bəhlul Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Nyukasl” oyununun 22-ci dəqiqəsində sıradan çıxmışdı.

KƏNAN BAHADIR