Amma Rauf uzun müddəti bu addımı atmayıb. Bir neçə gündü onunla danışmağa çalışsaq da, zənglərə cavab vermirdi. Bu üzdən "Kəpəz-2"nin baş məşqçisi Xalid Mərdanovla əlaqə saxladıq. Mütəxəssis məsələ ilə bağlı "Football-plus.az" saytına bunları dedi:
"Rauf məşqlərə qoşulub. Elə bir az olar səhər məşqini yekunlaşdırmışıq. Özünü məşqlərdə yaxşı tərəfdən göstərir, bütün tapşırıqları can-başla yerinə yetirir. Rauf təcrübəli futbolçudu, həmişə elə oyunçuları sərəncamımda görmək, onların bacarığından yararlanmaq istəmişəm. Qarşıdakı matçlarda ona şans verəcəm".
ABDULLA İSMAYILOĞLU






