"Turan Tovuz" Misli premyer-liqasının 7-ci turunda "Şəfa"ya qalib gəldi - 1:0.
"Football-plus.az" xəbər verir ki, "bozqurd"un baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında çıxış etdi.
- Çox ağır oyun oldu. Amma qələbə qazandığımıza görə sevinirik. Bu qələbəyə layiq idik. Təəssüf ki, Denis Marandiçi yenə ağır zədə aldı.
- Marandiçinin durumu necədi?
- Kəllə-beyin travması alıb. Əməliyyat ediləcək.
- Son vaxtlarda Ehtiram Quliyevin klubdan gedə biləcəyi haqda söz-söhbətlər var. Bu, sizə və komandaya necə təsir edir?
- Bu sualı niyə mənə verirsiz? Bu sualı onun özünə versəniz, daha yaxşıdı. Biz bu barədə ümumiyyətlə eşitməmişik.
"Bu qələbəyə layiq idik" - Kurban Berdıyev
Ölkə futbolu / Manşet






