Almaniya çempionatının yüksək liqasında yeni rekord qeydə alınıb.
"Football-plus.az" xəbər verir ki, “Auqsburq” – “Bavariya” matçında hesab çox erkən açılıb. Ev sahiblərinin yarımmüdafiəçisi Robin Fellhauer qapıçı Manuel Noyerin səhvindən istifadə edərək 8-ci saniyədə komandasını hesabda önə keçirib. O, bundesliqanın tarixinə ən erkən qolun müəllifi kimi düşüb.
Əvvəlki rekordu 9-cu saniyədə hesabı açan Kərim Bellarabi (Bayer-04) ilə Kevin Folland (Hoffenhaym) bölüşürdülər.
Bundesliqanın tarixinə düşdü!
Dünya futbolu





