• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Mənə “müsəlman olduğun üçün irəli gedə bilməyəcəksən” dedilər”

Dünya futbolu

13-01-2023, 14:0

Cüneyt Çakır bəlkə də hakimliyə başlayanda bu qədər böyük uğurlar qazanacağını düşünməmişdi. Amma o, Türkiyə hakimliyini tam yeni səviyyəyə qaldırdı.

Football-plus.az xəbər verir ki, bu gedişlə yaxın illərdə hansısa türkiyəli hakimin ÇL-in finalını və ya AÇ-nin, DÇ-nin yarımfinalını idarə edəcəyi inandırıcı görünmür. Çakır isə bütün bunları bacararaq özündən sonra böyük bir iz buraxdı. 46 yaşlı dünyaca ünlü ədalət təmsilçisi ötən yay karyerasını başa vurdu və hazırda Türkiyə Futbol Federasiyasında hakimlərin tədrisinə görə cavabdehlik daşıyır. Bugünlərdə Antalyada təşkil olunan bir tədbirdə iştirak edən Çakır karyerası və yaşadıqları ilə bağlı diqqətçəkən açıqlamalar verib.

* 20 il öncə ilə müqayisədə çox şey dəyişib. O vaxt televizor qarşısına keçib uzaqbaşı bir oyun izləyə bilirdik. Həftəboyu həmin oyunu gözləyirdik və TRT-nin qarşısına keçirdik. Bazar axşamları İspaniya çempionatından bir oyun verirdilər. Artıq zəmanə dəyişib. İndi həftəsonu hansı kanala çevirsən, futbol göstərilir. Başqa platformalar da var. Hərə öz istədiyi çempionatı rahat şəkildə izləyə bilir. UEFA-dakı yönəticilər biz hakimlərin idarə etdiyi bütün oyunları incələyir. Onlar təkcə avrokuboklara baxmır. Öz ölkəmizdə göstərdiyimiz performansı da nəzərə alırlar.

* DÇ-2018-də İngiltərə ilə Xorvatiya arasındakı yarımfinalı idarə etmişdim. Həmin matçın ardından UEFA-nın iki önəmli nümayəndəsi bizim yanımıza gələrək söhbət etdilər. Göstərdiyimiz performansa görə bizi təbrik etdilər. Biri digərinə ''çox çətin oyun idi, amma hakimlər işlərinin öhdəsindən yaxşı gəldilər'' dedi. Digərinin isə cavabı belə oldu: ''Bu Cüneyt üçün sıradan oyunlardan biri idi. Çünki o, indiyə qədər Türkiyədə 14 dəfə ''Fənərbaxça'' – ''Qalatasaray'' derbisinə təyinat almış hakimdi''. Yəni bizim hətta neçə dəfə derbiyə təyinat aldığımızı da bilirlər!

* Mən hakimliyə 1994-də gəldim. Təxminən ilk 4 ildə heç bir səviyyə artımından söhbət getmədi. Bu müddətdə yalnız həvəskar liqaların oyunlarına təyinat aldım. İstanbulda yaşamağın mənə verdiyi əlavə üstünlük sayəsində 1000-ə yaxın oyun idarə etdim. Yəni peşəkar hakimliyə bu cür təcrübə ilə gəldim. Atam hakim olduğu üçün hakim camiəsini gözəl tanıyırdım. Bu insanların hansı çətinliklərdən keçdiyini görmüşdüm. Sonradan mən də bunlardan keçdim. Dərhal anladım ki, bizim beynəlxalq səviyyədə hakimlərimiz çox azdı. Bunu bacaranlar da sırf öz istedadları sayəsində irəli gediblər. 1970-ci illərdə Doğan Babacan DÇ-də, ondan sonra da Ahmet Çakar avrokuboklarda oyun idarə etmişdi. Amma bunların davamı gəlməmişdi.

* 2006-da ilk dəfə FİFA statusu aldım və sanki yeni bir dünyaya düşdüm. Mən hakimliyə başlayarkən böyük arzularım var idi. FİFA statusunu almağa gedərkən mənə ''sən türksən və müsəlmansan. Ona görə də irəli getmək şansın çox deyil'' dedilər. O vaxt nə demək istədiklərini anlamadım. Təəssüf ki, yüksək motivasiyası və böyük xəyalları olan bir gənci FİFA-nın ilk seminarına məhz bu cür ab-havada yolladılar! Amma ora ayaq basandan sonra reallığın heç də deyildiyi kimi olmadığını gördüm. Tam fərqli ab-hava və baxış tərzi var idi. Bir hakimin köməkçiləri ilə birləşməsi, onların sanki bir komanda olması çox önəmlidi. Bir hakimin uğurunun sirri məhz bundadı.

* Bir dəfə FİFA Kolumbiyada hansısa turnir təşkil etmişdi. Biz də ora dəvət almışdıq. Hakimlər əvvəlcə bir müddət orda qalmalı və atletik testlərdən keçməli idilər. Problem onda idi ki, paytaxt Boqota dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşir. Bizim kimi dəniz səviyyəsində yaşayanlar üçün orda nəinki qaçmaq, hətta adicə yerimək də problem yaradırdı. Ora hazırlaşmaq üçün Ərzuruma yollandıq və dəniz səviyyəsindən 2500 metr yüksəklikdə bir həftə toplanış keçdik. Ordan birbaşa Boqotaya yollandıq. Avropalı hakimlərin böyük əksəriyyəti problem yaşayaraq heç məşqləri tamamlaya da bilmədilər. İdarə etdikləri oyunlarda fiziki cəhətdən çökdülər. Biz isə heç nə olmayıbmış kimi həmişəki performansımızı sərgilədik. Bizə bu baxış tərzini Yaap Uilenberq aşıladı. Ümumiyyətlə, onun bir neçə il ölkəmizdə işləməsi hakimliyimizə inanılmaz dərəcədə fayda verdi. Təcrübəsini bizimlə bölüşərək hakimlərimiz üçün tam yeni bir cığır açdı. Sistemli, düzgün və proqramlı şəkildə çalışmağın önəmini bizə izah etdi. Hakimlər briqadasının bir komanda kimi olmalı olduğunu başa saldı. İnanıram ki, Türkiyə hakimliyi yaxın gələcəkdə yenidən 3-4 hakimlə ən yüksək səviyyələrdə təmsil olunacaq.

* 2008-ci ildə türkiyəli hakimlər avrokuboklarda yalnız təsnifat mərhələsinin oyunlarına təyinat alırdı. Qrup mərhələsi başlayandan sonra isə oyunları əsasən televizordan izləyirdik. Bir xəyal qurub onun arxasınca düşmək çox önəmlidi. 2008-də mənə Ukraynada keçirilən bir təsnifat mərhələsinin oyununu həvalə etdilər. Orda nümayəndə heyətinin rəhbəri toplantı keçirdikdən sonra bizi Kiyevi gəzdirməyə apardı. Şəhərin görməli yerlərini göstərdi və sonda inşaat işlərinin davam etdiyi böyük bir əraziyə yollandıq. Bizə dedilər ki, burda 4 ildən sonra Avropa çempionatının həm açılış, həm də final oyunu keçiriləcək. Həmin an köməkçilərimi yanıma çağırdım və “4 ildən sonra burda olmalıyıq. Razısızmı?” dedim. Onlar da “əlbəttə” dedilər. Üzərimizdə çox çalışdıq və şükürlər olsun ki, bu stadionda həm açılış matçını idarə etdik, həm də finalda orda yer aldıq (Çakır həmin turnirin açılış oyununu yox, konkret “Olimpiyski” stadionundakı ilk oyunu nəzərdə tutur. Həmin vaxt Ukrayna ilə İsveç qarşılaşmış və oyunu məhz Çakır idarə etmişdi. Finalda isə o, dördüncü hakim idi – Ə.R.).

* İndiki federasiya prezidenti hakimliyimizin səviyyəsinin yüksəlməsi üçün əlindən gələni edir. Onun önəmli layihələrindən biri hakimlik akademiyasını yaratmaqdı. Bu layihə həyata keçdikdən sonra onun nə qədər faydalı olduğunu hər birimiz görəcəyik. 2014-cü il noyabrın 23-də idarə etdiyim “Gənclərbirliyi” – “Karabükspor” matçını heç vaxt unutmayacam. Həmin gün ad günüm idi. Təxminən 37-38-ci dəqiqədə sağ tərəfimdən şiddətli bir ağrı qopdu. Düşündüm ki, infarkt keçirirəm. Son 5 dədiqəni o şəkildə idarə etdim. Fasilədə xəstəxanaya yollandım. Sağ ağciyərimin söndüyünü öyrəndim. Çoxları karyeramın bitdiyini iddia etsə də, həkimimə güvəndim. O “sən hakimliyə dönəcəksən, çox sağlamsan” dedi. 40 gün sonra derbi idarə etdim. Həmin mövsümün sonunda isə arzularım çin oldu və ÇL-in finalına təyinat aldım.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-08-2022, 18:0

Cüneyt Çakır karyerasını bitirdi, gələcəkdə nə edəcək? - AÇIQLAMA

Dünya futbolu

7-10-2022, 15:0

Çakırın yeni işi bəlli oldu

Dünya futbolu

22-05-2022, 11:0

Çakır adını futbol tarixinə yazdıra bilmədi!

Dünya futbolu

15-10-2022, 16:0

Çakır üçün vida oyunu keçiriləcək?

Dünya futbolu

16-11-2022, 16:0

Çakır son olaraq bu oyunu idarə edəcək

Dünya futbolu

11-06-2022, 18:0

Çakıra Avropada 115 gündən sonra oyun verildi

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Bu gün, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Bu gün, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Bu gün, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Bu gün, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 20:33
    Millimizin heyəti açqlandı
  • Bu gün, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Bu gün, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Bu gün, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Bu gün, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Bu gün, 16:56
    Florensiyanı tərk etdi
  • Bu gün, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Bu gün, 15:49
    Niderlandda qərar tutdu
  • Bu gün, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Bu gün, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Bu gün, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Bu gün, 13:57
    Salahın meneceri transferi yubadır
  • Bu gün, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Bu gün, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Bu gün, 12:25
    Avropada 10-cu qol
  • Bu gün, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 130
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə