Bu gün Voleybol Mərkəzində “DH Volley” və “Turan”ın iştirakı ilə qadınlar arasında Yüksək Liqanın final oyunu keçirilib.
"Football-plus.az" xəbər verir ki, “Turan” 3:1 hesabı ilə (15:25, 25:21, 25:19, 25:23) qalib gələrək ölkə çempionu olub.
Üçüncü yer uğrunda qarşılaşmada isə “Gəncə" komandası "Milli Aviasiya Akademiyası"nı məğlub edib - 3:0 (25:18, 25:21, 25:21).