"Sumqayıt" "Kəpəz"lə qarşılaşacaq

13.07.2022 16:15 503
Premyer-liqa
2022/23 mövsümü üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” təlim-məşq toplanışının ilk mərhələsi çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.

Football-plus.az xəbər verir ki, "kimyaçılar" “Kəpəz”lə üz-üzə gələcək.

14 iyul tarixində “Kapital Bank Arena”nın təbii örtüklü köməkçi meydançasında keçiriləcək oyuna saat 18.00-da start veriləcək.