“Sumqayıt” Macarıstan klubu ilə qarşılaşacaq

20.12.2022 13:56 384
Premyer-liqa / Manşet
Son 2 turda qələbə qazanaraq azarkeşlərini sevindirən “Sumqayıt” digər premyer-liqa klubları kimi fasilədə təlim-məşq toplanışını Antalyada keçirəcək.

Football-plus.az xəbər verir ki, yanvarın 5-dən qardaş ölkədə olacaq “kimyaçılar” 2 yoxlama görüşü keçirməyi planlaşdırır. Samir Abasovun çalışdırdığı komandanın rəqiblərindən biri artıq məlumdu. “Gənclik şəhəri”nin təmsilçisi yanvarın 12-də Macarıstan yüksək liqasında çıxış edən “Mezököveşd”lə qarşılaşacaq.

Qeyd edək ki, ayın 17-i üçün planlaşdırılan qarşılaşmadakı rəqib isə hələ müəyyənləşməyib.

RƏŞAD QASIMOV