"Sabah" İsrail klubu ilə qarşılaşacaq

13.07.2022 17:29 413
Premyer-liqa
İyulun 17-dən Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışı keçirəcək “Sabah”ın adıçəkilən ölkədə yoxlama görüşündə qüvvəsini sınayacaq rəqiblərdən birinin adı bəlli olub.

Football-plus.az xəbər verir ki, paytaxt təmsilçisinin iyulun 25-də İsrail təmsilçisi “Beytar”la matçda sınayacaq. Yerusəlim klubu ilə görüşün Bakı vaxtı ilə saat 18.30-da start götürməsi planlaşdırılır. Məlumatı İsrail mediası yayıb.

Qeyd edək ki, “Sabah” ayın 31-nə qədər Banskoda hazırlıq keçəcək. Komanda bu müddətdə 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.