"Sumqayıt" İran klubu ilə qarşılaşacaq

27.07.2022 16:04 445
Premyer-liqa
2022/23 mövsümü üçün hazırlıqlarını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt"ın Türkiyədə sonuncu yoxlama oyununundakı rəqibi məlum olub.

Football-plus.az
klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Aleksey Baqanın yetirmələri son İran çempionu "İstiqlal"la üz-üzə gələcək. İyulun 28-də Qızılcahamam bölgəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18/00-da start götürəcək.

"Sumqayıt" Türkiyə toplanışında "Smasunspor"a 0:2 hesabı ilə məğlub olub, "Bandırmaspor"la isə 2:2 hesablı heç-heçə edib.