Şarapova oğlunu ictimaiyyətə göstərdi

20.07.2022 14:31 435
İdman
Sabiq tennisçi Mariya Şarapova ana olub.

Rusiyalı xanım uşağın fotosunu sosial şəbəkə hesabında yayıb. Burdakı qeyddən məlum olur ki, Mariya Teodor adı verdiyi oğlanı iyulun 1-də dünyaya gətirib:

“Teodor 1.7.2022. Kiçik ailəmizin arzulaya biləcəyi ən gözəl, çətin və faydalı hədiyyə”.


2020-nin fevralında karyerasını bitirən 35 yaşlı Şarapova iki dəfə “Rolan Qarros” turnirini qazanıb, həmçinin bir dəfə də “Australian Open”, “Uimbldon” və “US Open” turnirlərinin qalibi olub. Mariya bu il aprelin 20-də hamilə olduğunu açıqlamışdı. Onun 2018-dən bəri “Paddle8” hərrac evinin yaradıcısı, britaniyalı biznesmen Aleksandr Qilks ilə münasibətdə olduğunu da xatırladaq.