19 yaşlı ispaniyalı tennisçi Karlos Alkaras indidən oyunu ilə hər kəsi heyran etməkdədi.
Dünya tennisinin 1 nömrəsinin bu il “US Open”in qalibi olduğunu bilirsiz. Alkarasın istedadının müzakirə mövzusu olmasında qəribə heç nə yoxdu. Məşhur fransalı məşqçi Patrik Muratoğlu da bu haqda danışıb:
“Karlos özündə bütün dövrlərin üç dahi tennisçisinin keyfiyyətlərini birləşdirir. Düşünürəm ki, o, oyun üslubuna görə Rocer Federerə daha yaxındı. Rocer kimi o da çox aqressiv və yaradıcıdı, həmişə topla hansısa hoqqa çıxarmağa çalışır. Kortdakı yerdəyişmə sürətinə görə də Federerin eynisidi. Eyni zamanda onda Cokoviçə məxsus əks-hücum özəllikləri və Nadalla oxşar olan topu oyuna uzaq məsafəyə daxil etmək bacarığı da var”.