2023-ün ilk böyük tennis turniri yanvarın 16-29-u aralığında Avstraliyada keçiriləcək.
“Australian Open”in mükafat fondu bu dəfə rekord həddə çatacaq. Turnirin rəsmi saytının yaydığı xəbərə görə, ümumi məbləğ 76,5 milyon ABŞ dolları olacaq. Bu, ötən illə müqayisədə 3,4 faiz çoxdu. Kişilər və qadınların fərdi mübarizəsində qalibə 2,975 milyon dollar veriləcək. Kişi və qadınların cütlərində 1-ci yeri tutanlar 695 min dollar, qarışıq cütlərdəki qaliblər 157 min dollar əldə edəcəklər.