"Neftçi"nin futbolçusu Yeqor Beqomolski Belarusun "Pressball.by" saytına açıqlama verib.
Football-plus.az xəbər verir ki, 22 yaşlı forvard xəyallarında danışıb:
"Məni heç nə təəccübləndirməyəcək. İstənilən futbolçu kimi mən də Avropa çempionatlarında uğur qazanmaq, Çempionlar Liqasında oynamaq istəyirəm. Milli komanda ilə beynəlxalq arenada olmaq istəyirəm".
Qeyd edək ki, Beqomolski bu mövsüm "Neftçi" ilə Premyer Liqada 15 oyunda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.