İngiltərə nəhəngində çıxış etmiş futbolçu "Neftçi"də - İDDİA

24.06.2022 11:07 575
Premyer-liqa
"Neftçi" heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

"Football-plus.az" "one.co.il" saytına istinadən xəbər verir ki, flaqman "Makkabi"də (Hayfa) çıxış edən Qodsvey Donyohla maraqlanır.

Xəbərdə "Neftçi"nin 27 yaşlı forvardla anlaşdığı və yaxın zamanda rəsmi müqavilə imzalayacağı bildirilib.

"Mançester Siti"nin U-18 və U-21 komandalarında çıxış edən Qodsvey Danimarkada "Norşellann", Almaniyada "Dinamo Drezden"də forma geyinib. Qanalı hücumçu ötən mövsüm 41 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.