"Neftçi" Belarus millisinin hücumçusunu transfer etdi

20.07.2022 20:39 465
Ölkə futbolu
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Belarus "Minsk"inin hücumçusu Yeqor Boqomolskini transfer edib.

22 yaşlı forvardla imzalanmış müqavilənin detalları hələlik açıqlanmayıb.

Belarus millisinin də üzvü olan Boqomolski bu mövsüm 15 oyunda 8 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard bu ildən Belarus yığmasına dəvət alır.