"Neftçi"nin futbolçusu milliyə dəvət aldı

6.09.2022 15:49 380
Ölkə futbolu
“Neftçi"nin futbolçusu Yeqor Boqomolski Belarus millisinə dəvət olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu Millətlər Liqasında sentyabrın 22-də Qazaxıstan, 25-də Slovakiya ilə keçiriləcək matçlara çağırılıb.

Qeyd edək ki, Boqomolski Belarus milli komandasının heyətində 2 oyuna çıxıb.