"Neftçi"nin futbolçusu evləndi

5.10.2022 14:56 424
Ölkə futbolu
“Neftçi”nin futbolçusu Ataa Caber evlənib.

"Football-plus.az" xəbər verir ki, israilli yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Yarımmüdafiəçi Qhadeer adlı xanımla ailə həyatı qurub.

28 yaşlı futbolçu bu ilin yayından "Neftçi"də çıxış edir. O, ağ-qara formada 10 oyunda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.