Houya çatmağa 16 qol qaldı

3.11.2022 12:53 379
İdman
Srağagün “Karolina”ya bullit seriyasında uduzan “Vaşinqton”un forvardı Aleksandr Oveçkin cari mövsümdə 5-ci qolunu vurdu.

Football-plus.az xəbər verir ki, MHL-də qol sayını 785-ə çatdıran 37 yaşlı rusiyalı ulduz əvvəlki kimi snayperlər cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Oveçkin 2-ci yeri tutan Qordi Houdan (801) 16 qol geri qalır. Amma rusiyalı hokkeyçi başqa göstəricidə Houdan cəmi 1 qol arxadadı. Söhbət bir komandanın heyətində vurulan qol sayından gedir. Oveçkin 785 qolun hamısını “Vaşinqton” formasında vurubsa, Hou “Detroyt”un heyətində 786 qolla yadda qalıb.