Özü də bir yox, iki qol vurmaqla. 37 yaşlı rusiyalı ulduz dubl sayəsində MHL-də qol sayını 802-yə çatdırmaqla Qordi Hounu (801) arxada qoydu. İndi onu rekordçu Ueyn Qretskidən 82 qol ayırır.
David Rittiç Oveçkinin MHL-də qapısına yol tapdığı 166-cı qapıçı oldu. O, bu gostəricidə yalnız Patrik Marlo (177) ilə Yaromir Yaqrdan (178) geri qalır. Cari mövsümdə buz üzərinə çıxdığı 36 oyunda 41 (22+19) xal toplayan Oveçkin snayperlər cədvəlində 2-ci pilləyə yüksəlməsi haqda bunları dedi:
“Elə indi bara yollanıram. Hot-doqlar, naços, özünüz bilirsiz... Niyə də yox? MHL-ə qədəm qoyanda düşünmürsən ki, Qordi Hounun, Ueyn Qretskinin, ya da bir başqasının rekordunu qıracaqsan. Yalnız onu düşünürsən ki, bacardığın oyunu ortaya qoyasan. Ancaq indi baş verən hadisə, sadəcə, möcüzədi”.
“Vaşinqton”un baş məşqçisi Piter Laviolett də əsas ulduzunun uğuruna münasibət bildirdi:
“Aleksin hər gün etdiklərini görəndə hər şey mümkündü. Onun bu oyuna sevgisi sonsuzdu”.




