• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

FİFA-nı yalnız pul maraqlandırır - TƏHLİL

DÇ / Manşet

28-12-2022, 11:0

Növbəti dünya çempionatı inanılmaz dərəcədə dəyişəcək.

Artıq xəbər verdiyimiz kimi, 2026-cı ilin mundialında 48 yığma çıxış edəcək. Bu məqamda ağla gələn ilk sual iştirakçı sayının niyə artırılması ilə bağlıdı.
DÇ-nin hələ ki qüvvədə olan formatı 1998-ci ildə işə düşüb. 8 qrupda 32 yığma mübarizə aparır və bunların yarısı pley-offa vəsiqə qazanır. Belə görünürdü ki, FİFA dünyanın əsas futbol turnirinin təşkili ilə bağlı optimal formulu tapıb. Amma yox. Hələ 2013-cü ildə UEFA-nın sabiq prezidenti Mişel Platini iştirakçı sayının 40-a qədər artırılmasını təklif etdi. FİFA prezidenti Canni İnfantino isə bu ideyanı inkişaf etdirdi: seçkiqabağı kampaniyanın gedişində Avropadan olmayan yığmalara turnirdə daha çox yer vəd etdi və sözünü tutdu. Dünyanın ali futbol qurumu 2017-ci ildə DÇ-2026-da 48 yığmanın çıxış edəcəyini açıqladı. Əlbəttə, İnfantinonun vədi vacib olsa sa, turnirin genişləndirilməsinin əsas səbəbi deyil. Əsas səbəb puldu. FİFA noyabrda qürurla bəyan etdi ki, DÇ-yə hazırlıqla bağlı sövdələşmələrdə rekord məbləğdə pul, yəni 7,5 milyard dollar qazanıb. Bu isə əvvəlki turnirlə müqayisədə 1 milyard artıqdı. Məhz kişilər arasında dünya çempionatı FİFA üçün növbəti 4 ildə də qurumu dolandıran əsas gəlir mənbəyidi. Bu üzdən İnfantinonun yaxın günlərə qədər planetin əsas futbol turnirini ikiildənbir keçirməklə bağlı ideyanı fəal şəkildə səsləndirməsi anlaşılandı. Güman olunur ki, FİFA DÇ-2026-nın təşkilindən 10 milyard dollar qazanacaq. Oyun sayı artacağına görə avtomatik teleyayın paketinin dəyəri də artacaq, daha çox bilet, futbolka və başqa məhsullar satmaq mümkün olacaq. Üstəlik növbəti dünya çempionatı əsasən ABŞ-da (oyunları qəbul edəcək 16 şəhərdən 11-i bu ölkənindi) keçiriləcək, orda isə pul qazanmağı yaxşı bacarırlar.

Kvota necə dəyişəcək?
İnfantino, sadəcə, dünya çempionatını genişləndirməyi vəd etmədi – yuxarıda vurğuladığımız kimi, onun niyyəti həm də UEFA qədər top-turnirləri olmayan konfederasiyalara daha çox yer vermək idi. Odu ki, genişlənmə qərarına ən çox sevinənlər Asiya, Afrika, Okeaniya və Şimali Amerika təmsilçiləridi.

DÇ-2022 ilə DÇ-2026 arasındakı kvota fərqi
konfederasiya DÇ-2022-də kvota* DÇ-2026-da kvota* fərq
Asiya (AFC) 5,5 81/3 +52%
Afrika (CAF) 5 91⁄3 +87%
Ş.Amerika (CONCACAF) 3,5 62⁄3 +90%
C.Amerika (CONMEBOL) 4,5 61⁄3 +40%
Okeaniya (OFC) 0,5 11⁄3 +167%
Avropa (UEFA) 13 16 +23%

* - turnirin ev sahibləri və qitələrarası pley-off oyunları nəzərə alınmaqla.
Yuxarıdakı statistikadan göründüyü kimi, indi Afrika əvvəlki ilə müqayisədə, demək olar ki, iki dəfə artıq vəsiqə qazanacaq. Orda həm də seçmə turnirin formatı dəyişəcək: dünya çempionatının Salahlı Misir yığmasını itirməsinə səbəb olan qaçılmaz pley-off oyunları aradan qalxacaq. Asiya və Şimali Amerikaya da artıq vəsiqə ayrılacaq, Okeaniya tarixində ilk dəfə “yarımçıq” yox, tam vəsiqə alacaq və hətta seçmə mərhələyə qatılanların sayının az olduğu Cənubi Amerika üçün də kvota artırılacaq. Qitələrarası pley-off oyunları artıq 6 müxtəlif yığmanın qatılacağı tamhüquqlu pley-off turnirinə çevriləcək – cədvəldəki droblar da bununla bağlıdı. Amma bax, UEFA-nı ayırıblar – Avropa yığmaları üçün yalnız 3 əlavə yer ayrılıb ki, bu da qitədaşlarımızda qəzəb doğurub. Nə etməli, bu artıq FİFA-nın yeni siyasətidi, rəhbərlikdə oturanlar belə hesab edir ki, UEFA üçün kvota onsuz da çoxdu, üstəlik bu qitədə top-turnirlərin sayı da çoxdu.

Format necə olacaq?
FİFA-nın Şurası 2017-ci ildə turnirlə bağlı 5 variantı müzakirəyə çıxardı:
• 48 yığma: 3 komandalı 16 qrup, hər qrupdan iki ən yaxşı komanda pley-offa (1/16 final) çıxır. 80 oyun;
• 48 yığma: 16 “səpələnmiş” birbaşa qrupda yerini alır, qalan 32-si pley-offun ilkin mərhələsində mübarizə aparır, ardından ənəvəfi romat işə düşür. 80 oyun;
• 40 yığma: 4 komandalı 10 qrup, qaliblər və 2-ci yeri tutanlar arasından altısı pley-offa adlayır. 76 oyun;
• 40 yığma: 5 komandalı 8 qrup, ilk iki yeri tutanlar pley-offa adlayır. 88 oyun;
• 32 yığma: 4 komandalı 8 qrup, ilk iki yeri tutanlar pley-offa adlayır. 64 oyun. Yəni indiki format.

İnfantino həmin iclasda ilk variantı dəstəklədiyini dedi və iştirakçılar da bu variantı təsdiqlədi. İlk variant hansısa dərəcədə daha güzəştli variantdı: FİFA artıq pul qazanır, azarkeşlər daha çox oyun izləyir, yayınçı şirkətlər əlavə kontent əldə edir, klublar da oyun sayının artmasına görə gileylənmir (bu variantda finalçılar əvvəlki kimi yenə 7 oyun keçirəcəklər). Ancaq bu formatın aşkar çatışmazlıqları da var ki, nədənsə FİFA-nın diqqətini məhz indi cəlb edib. 3 komandalı qrupda həmişə kimsə oynamayacaq. Belədə bütün rəqiblər oyunlara hazırlaşmaq üçün fərqli vaxta malik olacaq. Ancaq bundan da qorxulu məqam odu ki, belə format danışılmış oyunlar ehtimalını yetərincə artırır. Son tur ərəfəsində yığmalardan biri artıq iki oyunu arxada qoyacaq, qalan iki yığma isə onlara hansı nəticənin sərf etdiyini biləcək. Heç də həmişə belə olmayacaq, ancaq 16 qrupun hansındasa mütləq münaqişəli vəziyyət yaranacaq. Bildiyiniz kimi, dünya çempionatında artıq belə hallar olub. 1978-ci ildə qrupdan çıxmaq üçün Argentinaya Peru üzərində böyükhesablı qələbə lazım idi və belə də oldu. 1982-ci ildə isə AFR və Avstriya yığmalara tarixə “Xixon biabırçılığı” kimi düşən məşhur oyunun iştirakçısı olublar ki, bu mövzuya “Futbol+” səhifələrində bir neçə dəfə toxunmuşuq. Xatırladaq ki, onda almanlarla avstriyalılar Əlcəzairi qrupda saxlamaq üçün 90 dəqiqə boyunca açıq-aşkar vaxt öldürdülər.

FİFA bu problemin öhdəindən gəldi: DÇ-86-dan etibarən son turun oyunları eyni vaxtda başlayır, odu ki, danışılmış oyun riski minimuma enib. Hərçənd indiki formatda da hoqqabazlıqdan tam qaçmaq mümkün deyil – məsələn, elə Qətər mundialında Polşa Argentinanın qapısına yol tapmağa can atmırdı, İspaniyaya isə Yaponiyaya uduzmaq sərfəli idi.

Ali futbol qurumu fikrini dəyişə bilərmi?

Bəli, dəyişə bilər. Ancaq söhbət iştirakçıların sayından yox, turnirin formatından gedir. Növbəti mundiala 48 komandanın qatılacağı dəqiqdi. Girişdə nəzərinizə çatdırdığımız kvota da qorunacaq.

Amma turnirin təşkili modeli dəyişə bilər – “The Athletic”in yazdığına inansaq, dünya futboluna rəhbərlik edən şəxslər son həftələrdə artıq təsdiqlənən formulda heç də hər şeyin qaydasında olmadığını anlayıblar. Bəlkə də onları bu fikrə gəlməyə həm də Qətər mundialında 3-cü turun hədsiz maraqlı keçməsi sövq edib – “3 komandalı 16 qrup” formatında belə intriqalar istisna olunur.

Beləcə noyabrda qrup turnirində penalti seriyasına əl atmaqla bağlı ideya canlandı. Bu ideya yeni deyil: ona 2016-da – formatın dəyişdirilməsi ilə bağlı qərardan bir qədər əvvəl baxılıb, ancaq söhbət müzakirələrdən o yana getməyib. “The Athletic” bu ayın əvvəlində xəbər yaydı ki, hər halda, penaltilərə əl atmaq mümkündü, özü də hakimin start fitindən əvvəl (?! – red.).

İkinci önəmli məqam: FİFA-nın qlobal inkişaf bölməsinin rəhbəri Arsen Venger formatın həqiqədən dəyişdirilə biləcəyini təsdiqlədi:

“Formulun necə olacağı ilə bağlı hələ qərar verməmişik. Üç variant mümkündü: 3 komandalı 16 qrup, 4 komandalı 12 qrup, həmçinin komandaların hər birində 24 olmaqla (6 qrup) iki hissəyə bölünməsi. Bu məsələ ilə bağlı yekun qərar FİFA Şurasının gələn il keçiriləcək iclasında veriləcək”.


Vengerin bu bəyanatı çox vacibdi. İlk növbədə ona görə ki, FİFA-nın artıq təsdiqlənmiş formatda boşluqların olduğuna dair etirafıdı. Eyni zamanda, ötənlərin ünlü məşqçisi 2017-də müzakirə olunmayan iki yeni variantı açıqladı:

• 4 komandalı 12 qrup. Neçə yığmanın pley-offa adlayacağı aydın deyil – ya 12 qalib və 2-ci yeri tutanlardan 4 ən yaxşısı, ya da ilk iki yeri tutanlar və 3-cü yeri tutanlardan 8 ən yaxşısı. Çox güman, 2-ci variant, amma belədə oyun sayı hədsiz artacaq, indiki 64 oyun əvəzinə 104 oyun izləyəcəyik.
• İştirakçıların iki “muxtar” tora ayrılması. Bu əvvəlki varianta oxşardı, ancaq bir qədər fərqlidi. Venger iki konfransa ayrılmağı nəzərdə tutan Amerika modelini təklif edir, belədə hər torda 24 komanda yer alacaq. Torlar da öz növbəsində 6 qrupa bölünəcək. Başqa sözlə desək, Avropa çempionatında tətbiq olunan modelin eynisidi, sadəcə, ikiyə vurulmuş variantıdı. DÇ iki ayrı turnirə çevriləcək, qaliblər superfinalda oynayacaq. “Niyə belə edirsiz” sualına hələ ki heç kim aydınlıq gətirməyib. Bəlkə də FİFA bu yolla daha çox qazanc götürmək üçün dünyanın fərqli yerlərində eyni zamanda iki turnir keçirmək istəyir. Əvvəlki variantda olduğu kimi, burda da oyun sayı 104-ə çatacaq.

Aydın məsələdi ki, bütün variantlarda çatışmazlıq var. Riyazi cəhətdən iedal görünən “4 komandalı 8 qrup” variantını saxlamaq optimal olardı, ancaq FİFA-nın da öz motivləri var. Futbolçuların fikrini heç kim soruşmacayaq, təbii ki, elə azarkeşlərin də. Belədə bizə yalnız son qərarın verilməsini gözləmək qalır.

Paylaş:
Digər xəbərlər

DÇ

5-12-2022, 13:0

FIFA DÇ-2026 üçün variant düşünür

Dünya futbolu

22-12-2022, 15:0

Pul İnfantinonun gözünü qamaşdırdı

Dünya futbolu

9-04-2022, 19:0

İnfantino indi də “3 ildən bir” deyir?

Dünya futbolu

8-04-2022, 23:0

Platini İnfantinodan Paris şəhər prokurorluğunda şikayət edib

Dünya futbolu

3-07-2022, 23:0

Yeni FIFA prezidenti bu tarixdə seçiləcək

Aktual
Taremi ABŞ ilə İsrailə qarşı döyüşmək istəyir. Bəs Bakıdakı iranlılar?
“...başqa tribunalar üçün olan biletlər də satışa çıxarılacaqdı” – “Qarabağ” – “Sabah” oyununa daha çox azarkeşin gəlməsi mümkün idi!
Çempionlar Liqası səviyyəsində çempionat oyunu
Fariz Yusifovdan "Şamaxı" - "Neftçi" matçının baş hakiminə irad - penalti epizodunda səhv tapıldı!
“Səbail”in çempionluğuna Adil Şükürov da inanmır - “Şəfa”, yoxsa “Baku Sportinq”? Ya bəlkə “Mingəçevir”?
“Heç bir maliyyə problemimiz yoxdu, mehribanlıqdı” – “nur şəhəri”ndən nurlu açıqlama
Son xəbərlər
  • Bu gün, 17:58
    “Baş məşqçimiz yuxarıdan daha yaxşı görürdü” - Ruslan Abışov
  • Bu gün, 17:27
    İranlı futbolçunun müharibədə iştirak etmək istəməsi yalan imiş
  • Bu gün, 17:00
    "Mingəçevir", "Şəfa" və "Şimal" qalib gəldi - YENİLƏNİB
  • Bu gün, 16:56
    "Qəbələ" - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 16:27
    "Turan Tovuz" da yarımfinalda! 4-cü kim olacaq? - YENİLƏNİR
  • Bu gün, 16:25
    “Komandalar test yürüşlərində əsl sürətini gizlədir”
  • Bu gün, 15:54
    Taremi ABŞ ilə İsrailə qarşı döyüşmək istəyir. Bəs Bakıdakı iranlılar?
  • Bu gün, 15:23
    Tramp qalibləri qəbul etdi - hokkeyçilərdən beşi prezidentlə görüşə getmədi
  • Bu gün, 14:52
    “Bu o deməkdi ki, mən xameleonam”
  • Bu gün, 14:31
    Macarıstan - Azərbaycan oyununun hakimləri
  • Bu gün, 14:10
    "Kəpəz" - "Turan Tovuz": START HEYƏTLƏRİ
  • Bu gün, 13:59
    Krosbi Makdevidə görə məyusdu
  • Bu gün, 13:28
    FİFA futbolçularla bağlı iki yeni qayda təklif edir
  • Bu gün, 12:57
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 12:36
    UFC Ağ Evdəki turnirə nə qədər xərcləyəcək?
  • Bu gün, 12:15
    İFA londonlulara cərimə kəsdi
  • Bu gün, 11:54
    Vaqif Cavadov Belçika klubunun rəsmiləri ilə görüşdü
  • Bu gün, 11:23
    Xavi ilə İnyesta yenidən bir yerdə?
  • Bu gün, 10:52
    “Sumqayıt”da maaş verilmir, üzü Samir Abasova…
  • Bu gün, 10:31
    ÇL-də hamını arxada qoydu
  • Bu gün, 10:00
    “Barselona” ittihamları qətiyyətlə rədd edir
  • Dünən, 23:57
    Əliyar Ağayev Küveytdən qayıda bilmədi, AFFA XİN-ə məlumat verdi – RƏSMİ
  • Dünən, 23:36
    Ançelotti Neymara ehtiyac duymadı
  • Dünən, 23:08
    MY zərəri qapayıb, artıq pul qazanır
  • Dünən, 22:27
    Qurban Qurbanov Maqsud Adıgözəlovun ittihamı haqda nə dedi?
  • Dünən, 22:07
    Sürücülük hüququnu itirdi
  • Dünən, 21:46
    "Dörd gündən bir oynamaq öz sözünü deyir" - Ayxan Abbasov
  • Dünən, 21:24
    Raylinin heykəli qoyuldu
  • Dünən, 20:53
    ''Fənərbaxça'' yenə səfərə baş məşqçisiz yollandı
  • Dünən, 20:32
    Avrokuboklara iddialıların duelini “qartallar” qazandı - REPORTAJ
  • Dünən, 20:01
    Tardif gedir, yoxsa qalır?
  • Dünən, 19:40
    Klublar üçün danışılmış oyunlara qarşı sessiya təşkil olundu
  • Dünən, 19:19
    “Neftçi” bu dəfə də “Şamaxı”nın müqavimətini qıra bilmədi - REPORTAJ
  • Dünən, 18:58
    Son Hın Min daha bahadı
  • Dünən, 18:27
    “Neftçi”dən AFFA-nın məlum dəvətinə reaksiya – görüş olacaqmı?
Daha çox
Oxunub: 378
Fariz Yusifovdan "Şamaxı" - "Neftçi" matçının baş hakiminə irad - penalti epizodunda səhv tapıldı!
Oxunub: 225
Murad Məmmədov “Neftçi”dən ayrılır!
Oxunub: 212
Heç-heçə? Yox, “Sabah”ın qələbəsi, “Qarabağ”ın məğlubiyyəti!
Oxunub: 175
“Qurban Qurbanovun qarşısına Avropa Liqasında 1/4 finala yüksəlmək hədəfi qoymaq real deyil” - yeni “Qarabağ” necə olacaq?
Oxunub: 128
Ağasəlim Mircavadov: “Deyirlər ki, “Sabah” çempion olmasın... Səhv fikirdi”
Oxunub: 118
“Heç bir maliyyə problemimiz yoxdu, mehribanlıqdı” – “nur şəhəri”ndən nurlu açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə