FIFA DÇ-2026-ın formatı ilə bağlı yeni təklifləri nəzərdən keçirir.
Football-plus.az xəbər verir ki, ali futbol qurumu mundial üçün 3 variantı nəzərdən keçirir.
İlkin məsələ qrupda heç-heçə bitən oyunlardan sonra penaltilər seriyasının tətbiq edilməsidi. Lakin bu halda belə komandaların razılaşmaya getməsinin qarşısını almayacaqdı. Bu səbəbdən də FIFA bu ideyadan imtina edib.
3 fikir isə DÇ-in formatı ilə bağlıdı. Mundialda 48 komanda çıxış edəcək. Ali futbol qurumu 12 qrupda 3 komandanın çıxışını tətbiq etmək istəyir. Lakin 4 qrupda 12 iştirakçı fikrini də həyata keçirmək olar. Belə olan təqdirdə, qrup 3-cüləri pley-offda çıxış edəcəklər.
Son variant isə 48 komandanı 24 iştirakçılıq 2 konfrans bölünməsidi. Burda kollektivlər 6 qrupda mübarizə aparacaqlar. Yekunda konfransların qaliblər final görüşündə üz-üzə gələcəklər.