Məlum olduğu kimi, ölkəmizi Çempionlar Liqasında təmsil edən “Sabah” avqustun 19-da İsrail “Hapoel”i ilə qarşılaşacaq.
“Dəvələr” ölkə kubokunda Hayfa “Hapoel”inə böyük hesabla məğlub olaraq mübarizəni dayandırıb - 0:4. Beer-Şeva təmsilçisi meydana bu heyətlə çıxıb: 34. Marko Volf, 44. Cibril Diop, 3. Matan Baltaxa, 13. Ofir Davidzada (k), 18. Roy Levi, 21. Yaov Koren, 27, Yoan Stoyanov, 8. Hamode Kanaan, 19. Amit Ohana, 23. İtay Hazut, 11. Amir Qanah.
Ümumiyyətlə, “Srvena Zvezda” ilə qarşılaşmaya start heyətində çıxan 11 oyunçudan heç biri bu dəfə ilk dəqiqələrdən meydanda olmayıb.
Komandanın Çempionlar Liqasında “Sabah”la qarşılaşmadan cəmi bir neçə gün əvvəl heyət rotasiyasına getməsi İsrail təmsilçisinin əsas diqqətini məhz avrokubok görüşünə yönəltdiyini göstərir.
İSRAYIL XEYRULLAYEV
“Hapoel” “Sabah”a görə kubokdan əl çəkdi
Dünya futbolu / Aktual






