Yan Koutu Dortmund “Borussiya”sını tərk edib.
"Football-plus.az" xəbər verir ki, müdafiəçi karyerasını İtaliyada davam etdirəcək. “Komo” braziliyalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Koutu 2026/27 mövsümündə komoluların formasını geyəcək. Klublar arasındakı anlaşmada 20 milyon avroluq satınalma bəndi də nəzərdə tutulub.
Braziliya yığmasının üzvü ötən mövsüm Dortmund klubunun heyətində 27 matçda meydana çıxıb.
Dortmunddan Komoya yollandı
Dünya futbolu






