''Fənər'' Lukakunu, ''Beşiktaş'' Vlahoviçi iştirak ərizəsinə saldı

18.08.2026 11:55 3
Dünya futbolu
İstanbul nəhənglərinin avrokubok üçün iştirak ərizəsində dəyişikliklər edilib.

Həm ''Fənərbaxça'', həm də ''Beşiktaş'' son ulduz transferləri ərizəyə əlavə edib. Söhbət Romelu Lukaku ilə Duşan Vlahoviçdən gedir. Belçikalı ulduzun adı qarşıdan gələn Çempionlar Liqasının təsnifatının pley-offu çərçivəsində keçiriləcək ''Lion''la oyunun iştirak ərizəsində yox idi. Amma ''Koventri''yə transferi gündəmdə olan Sidiki Şerifin adı ərizədən çıxarılıb və onun yerinə məhz Lukaku əlavə edilib.

''Beşiktaş''da isə Avropa Liqasının təsnifatının pley-offunda ''Kauno Jalqiris'' ilə matçın iştirak ərizəsindən Feliks Uduoxayın adı çıxarılıb. Almaniyalı müdafiəçi İtaliya təmsilçisi ''Montsa''ya yollanmaq üzrədi. Onun yerinə siyahıya Vlahoviç əlavə olunub. Yəni məşqçilər şans verəcəyi təqdirdə İtaliyadan gələn hər iki ulduz artıq qarşıdakı oyunda debüt edə biləcəklər.

Xatırladaq ki, ''Fənərbaxça'' bu gün, ''Beşiktaş'' isə avqustun 20-də meydana çıxacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul