Premyer-liqanın 1-ci turunda “Kəpəz” üzərində qələbədən sonra “Sabah”ın yeni yarımmüdafiəçisi Kristian Nvaçukvu jurnalistlərin suallarını cavabladı.
- Oyunla bağlı təəssüratın necədi?
- Bu, liqada keçirdiyim ilk oyun idi. Matça start heyətində çıxdım və inanıram ki, çox yaxşı çıxış etdik. İlk oyundu və qələbə qazanmaq vacib idi. Ona görə də həm komandanın, həm də mənim özümü yaxşı hiss etdiyimi deyə bilərəm.
- Artıq komandaya uyğunlaşmısan?
- Bəli, gördüyünüz kimi, komanda yoldaşlarıma və hər şeyə uyğunlaşmışam. Hər şey yaxşı gedir.
- “Orhus”la matçda Valdas Dambrauskas sənə şans vermişdi. Çempionlar Liqasının pley-off oyununda da meydana çıxmaq üçün, yenidən şans qazanmaq üçün nə edəcəksən?
- Çempionlar Liqasında oynamağa həmişə hazıram. Əlimdən gələni edirəm. Nə vaxt oynayacağım məşqçinin qərarıdı, amma mən həmişə hazıram.
- Pley-offdakı rəqibiniz “Hapoel” olacaq…
- Bəli, biz bu səbəbdən durmadan çalışırıq. İsrail klubları güclüdü. Komanda bu turnirdə çıxış edirsə, zatən müəyyən iddiası var. Biz əlimizdən gələni edəcəyik. “We are “Sabah”(“Sabah” bizik).
İSRAYIL XEYRULLAYEV
“Çempionlar Liqasında oynamağa həmişə hazıram”- Kristian Nvaçukvu
Aktual / Müsahibə






