Yeni FIFA prezidenti bu tarixdə seçiləcək

3.07.2022 23:08 479
Dünya futbolu
FİFA-da növbəti prezident seçkisinin tarixi müəyyənləşib.

Vacib hadisə 2023-cü il martın 16-da baş verəcək.

Seçki ali futbol qurumunun Ruandanın paytaxtı Kiqalidə keçiriləcək konqresi çərçivəsində təşkil ediləcək. FİFA-nın hazırkı rəhbəri Canni İnfantino yüksək posta 2016-cı ilin fevralında seçilib. İsveçrəli funksioner təşkilatdakı korrupsiya hallarına görə vəzifəsindən uzaqlaşan həmyerlisi Yozef Blatterə xələf olmuşdu.

Yeri gəlmişkən, İnfantino martın 31-də növbəti seçkidə namizədliyini irəli sürəcəyini bəyan edib.