''Qalatasaray'' tarixinin ilk rusiyalı futbolçusunun transferini tamamladı

18.08.2026 10:52 1
Dünya futbolu
Daha öncə Lesli Uqoçukvunu heyətinə qatan ''Qalatasaray'' bu yayın ikinci transferini reallaşdırıb.

İstanbul nəhəngi ilə ''Lokomotiv'' arasında Aleksey Batrakovun transferi ilə bağlı danışıqlar dünən uğurla yekunlaşıb. Keçidin şərtlərinə gəlincə, Türkiyə çempionu ruslara 25 milyon avro ödəyəcək. Bu məbləğ qarşı tərəfə bir neçə hissəyə bölünərək ən gec 2027-nin dekabrına qədər ödəniləcək. Anlaşmada maksimum 4 milyon avroluq bonuslar mövcuddu.

Bundan başqa Batrakovun sonrakı satışından ''Loko''ya 10 faiz pay da veriləcək. 21 yaşlı futbolçunun bu günün sonuna qədər və ya ən pis halda sabah Türkiyəyə gələcəyi gözlənilir. Onun həftəsonu Türkiyə çempionatının 2-ci turunda ''Ərzurumspor''la oyunun iştirak ərizəsində olacağı istisna edilmir. ''Qalatasaray'' tarixinə ilk rusiyalı futbolçu kimi düşən Batrakovun yeni klubu ilə dördillik müqavilə imzalayacağı gözlənilir.

''Cim-Bom''un hücum potensialını gücləndirəcəyi güman edilən yarımmüdafiəçi ötən mövsüm 36 rəsmi oyunda aktivinə 17 qol, 12 məhsuldar ötürmə yazıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul