“Zubir “Qarabağ” üçün yaxşı futbolçu idi” - Qurban Qurbanov

17.08.2026 23:02 6
Ölkə futbolu / Manşet
Premyer-liqanın 1-ci turunda “Qarabağ” “Şamaxı”nı məğlub etdi - 3:1.

Matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavabladı.

- Futbolçularımı təbrik edirəm. Oyun gərgin keçdi. Bu, bizim üçün vacib qələbə idi. İnanıram ki, qarşıdakı oyunlar da sizin üçün maraqlı olacaq. Hər bir məşqçiyə, hər bir komandaya uğurlar arzulayıram. Görünür, çempionatın hər oyununa ciddi yanaşmalıyıq. Futbolçular buna hazır olmalıdılar.

- Abdulla Zubir klubdan ayrılmaq istədiyini bildirəndə siz ona vida matçının təşkil edilməsini təklif etmisiz?
- Biz ona belə bir şey təklif etməmişdik. Hər şey qəfil baş verdi, hazırda bunun üçün sadəcə vaxtımız yoxdu. Zubir sadə futbolçudu, davranışı və mənəvi keyfiyyətləri yüksək olan insandı. O, burda gördüyü işi və həyat tərzini həmişə yüksək qiymətləndirib. Ayrılıqlar çox olur. Hər futbolçunun öz həyatı var. Əsas məsələ həmin həyatdan necə istifadə etməsidi. Zubir məşqləri buraxmırdı, intizam qaydalarını pozmurdu. Həmişə saat mexanizmi kimi işləyirdi. Belə futbolçuların daha çox olmasını istərdim. Zubir “Qarabağ” üçün yaxşı futbolçu idi.

- Növbəti turun təxirə salınması üçün müraciət etmisiz?
- PFL qaydalarına əsasən pley-off mərhələsində müəyyən güzəştlər nəzərdə tutulub. Biz artıq Konfrans Liqasında bir neçə oyun keçirmişik. Oyun üslubumuz dəyişməz qalır, amma dəyişikliklər mümkündü. Sadəcə, bəzi futbolçular optimal formada deyil və bu da bizə çətinlik yaradır. Buna baxmayaraq, premyer-liqa oyunlarını təxirə salmaq da istəmirik.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul