Canni İnfantinonun beyninə daha bir ideya gəlib.
FİFA-nın prezidenti dünya çempionatının 3 ildən bir keçirilməsini istəyir.
Bunu “The Sun” qəzeti iddia edir. Bilindiyi kimi, İnfantino daha əvvəl mundialın 2 ildən bir təşkil olunması fikrini irəli sürmüşdü. Dünya futbol ictimaiyyəti isə bu ideyanı heç də birmənalı qarşılamamışdı. Görünür, bunu nəzərə alan isveçrəli funksioner indi turnirin 3 ildən bir keçirilməsini istəyir.
Onun yeni planına əsasən, ilk il 24 komandadan ibarət Klublararası Dünya Çempionatı, növbəti ildə Avropa çempionatı və Amerika Kuboku kimi qitə birincilikləri, üçüncü ildə isə dünya çempionatının belə formatda təşkil olunması nəzərdə tutulub.